OYU - loader

“Riyaziyyat, informatika və texniki fənlər” kafedrasının müəllimi İmamquluyev Rahib Aydın oğlunun 2018/2019-ci tədris ilində fəaliyyətinin HESABATI

ODLAR YURDU UNİVERSİTETİ

 “Riyaziyyat, informatika və texniki fənlər” kafedrasının  müəllimi İmamquluyev Rahib Aydın oğlunun 2018/2019-ci tədris ilində fəaliyyətinin

HESABATI

  1. Tədris yükü haqqında

2018/2019 -cu tədris ili üçün  ümumi tədris yükü 180 saat  həcmində  nəzərdə tutulmuşdur. Belə ki, bunlardan  I semestr üçün tədris yükü   105 saat   həcmində, II semestr üçün isə 75 saat  həcmində  planlaşdırılmışdı. Bu tədris yükü aşağıdakı fənlər üzrə yerinə yetirilməli idi:

I semestr üzrə

  1. İnformatika və kompüter qrafikası – 75 saat (30/45) , III kurs, qr. 20D Bakalavr
  2. İnformatika və kompüter qrafikası – 75 saat (30/45) , III kurs, qr. 21D Bakalavr

Tələbələr fənlər üzrə hazırladıqları sərbəst işləri tam həcmdə təhvil vermişlər.

Yuxarıda qeyd edilən 2018/2019-cu tədris ilinin I semestri üçün nəzərdə tutulmuş ümumi tədris yükü nəzərdə tutulmuş müddətdə və tam həcmdə yerinə yetirilmişdir (105  saat).

  1. Tələbələrlə iş haqqında
  2. Tədris ili müddətində tələbələrin sərbəst işlərin hazırlamalarına nəzarət edib lazım olduqda köməklik göstərmişəm (dərsdən əlavə məsləhət saatlarında).
  3. Semestr müddətində mühazirələr (video) fayl şəkilində avtomatik yazılıb (Free Screen Recorder, Ocam, Camtasiya və .s) və tələbələrə İnternet, fləşkart və ya disk vasitəsi ilə təqdim edili Tələbələr həmin video dərsə evdə baxaraq mühazirə şəkilində dəftərdə konspektləşdirib, qeydlərini aparıblar. Tələbələrin və mənim WhatsApp nömrələrimiz əsasında virtual qrup yaradılıb. Tələbələr evə verilmiş video dərsi öyrəndikdən sonra işlədikləri layihəni və  yaranan suallarını virtual qrupda yerləşdiriblər. Hər bir tələbənin qrup yoldaşları sualların cavablarını tapdıqca ona mövzunu anlamaqda kömək edə biliblər. Əks təqdirdə, mən sualı virtual qrupda cavablandırmışam. Bu yolla mövzunun mənimsənilməsi evə verilmiş tapşırığın icrasına kifayət edib. Beləliklə, tələbələr virtual qrupda müzakirə və rəqabət şəraitində evdə yerinə yetirdikləri praktik işlərini paylaşıblar. Bir qayda olaraq, qrupda olan tələbələrin hər biri cəhd edib ki, virtual qrupda onun da işi əks olunsun və ən yaxşısı kimi qiymətləndirilsin. Mühazirələrə başlamazdan əvvəl keçmiş dərslərdən suallar verməklə, tələbələrin cavablarını qiymətləndirmişəm və qeydiyyat kitabçasına yazmışam. Məşğələ dərslərində virtual qrupda cavablandırılması çətin olan suallar müzakirə olunub və mənim tərəfimdən izah edilib. Tələbələrin evdə dəftərlərdə apardıqları qeydlər müzakirə prosesində aydınlaşdırılıb və mübahisəli, qeyri-korrekt hissələrə sinif otağında mənim tərəfimdən düzəlişlər edilib. Yeni və keçilmiş mövzuları əhatə edən praktik işlər sinif otağında icra olunub və müəllimin fərdi jurnalında qiymətləndirilib.
  4. Tədris ili ərzində davranış qaydaları, nitq mədəniyyəti, vətənpərvərlik, elmin əhəmiyyəti, müasir Azərbaycan gəncliyinin vəzifələri haqda söhbətlər aparmışam, təkliflər vermişəm.
  5. Tədris ili müddətində hər bir qrup üçün kollokvium keçirilməsində iştirak etmişəm və nəticələri kafedrada saxlanılan qeydiyyat kitabçasına yazmışam.
  6. Bölmə rəhbəri E. Rzazadənin dəvəti ilə beynəlxalq səviyyəli dizayner Nataliya Şestopalova dizayn ixtisasında seminar dərsində iştirak etdi və tələbələrlə öz iş təcrübəsini bölüşdü. (Şəkil 2.1)

(Şəkil 2.1)


  1. Yaxşı nəticə göstərən tələbələri Bayramoğlu-İnşaat şirkətində təcrübə keçmələri üçün bir neçə dəfə aparmışam. Tələbələr tikinti və təmir materiallrı ilə yaxından tanış olublar. Həmçinin tələbələr bir işçi kimi təcrübə keçiblər və kompüter ilə hazırlanan dizayn işlərinin reallaşmasının şahidi olublar. (Şəkil 2.2)

(Şəkil 2.2)

 


  1. 5-ci mərtəbədə 567-ci otağın dizayn tərtibatınn hazırlanmasında 20D və 21D qruplarının tələbələri yaxından iştirak ediblər. Otağın ölçülərinin götrülməsi və kompüterdə dizaynın hazıranmasında iştirak ediblər. (Şəkil 2.3)

(Şəkil 2.3)


  1. 10.2018 tarixində E.Rzazədə ilə təşkil etdiyimiz “kompüter-texnologiyalarının praktikada tətbiqi” adlı seminarda başqa Universitetlərdən gələn tələbələr ilə birlikdə Dizayn və Kompüter mühəndisliyi ixtisaslarında təhsil alan  tələbələrimiz də iştirak etmişdir və maraqlı informasiyalar ilə tanış olmuşdurlar. (Şəkil 2.4)

(Şəkil 2.4)

III. Metodik  fəaliyyət  haqqında.

  1. “İnformatika və Komputer qrafikası “ fənni üzrə  mühazirələr toplusunu elektron formada tərtib etmişəm;
  2. “Komputer qrafikası” fənni üzrə  mühazirələr toplusunu elektron formada tərtib etmişəm;
  3. “Komputer qrafikası “ fənni üzrə tövsiyyələr toplusunu işləmişəm və E.Rzazadə ilə birgə elektron formada başa çatdırmışıq;

 

                                                                                / İmamquluyev R.A/

II semestr üzrə

  1. Kompüter qrafikası – 75 saat (45 / 30), III kurs, qr. 742

      Yuxarıda qeyd edilən 2018/2019-ci tədris ilinin I və II semestrləri üçün nəzərdə tutulmuş ümumi tədris yükü tam həcmdə yerinə yetirilmişdir. (180 saat )

 

  1. Tələbələrlə iş haqqında
  2. Tədris ili müddətində tələbələrin sərbəst işlərin hazırlamalarına nəzarət edib lazım olduqda köməklik göstərmişəm (məsləhətlər).
  3. Semestr müddətində mühazirələr (video) fayl şəkilində avtomatik yazılıb (Free Screen Recorder, Ocam, Camtasiya və .s) və tələbələrə İnternet, flaşkart və ya disk vasitəsi ilə təqdim edili Tələbələr həmin video dərsə evdə baxaraq mühazirə şəkilində dəftərdə konspektləşdirib, qeydlərini aparıblar. Tələbələrin və mənim WhatsApp nömrələrimiz əsasında virtual qrup yaradılıb. Tələbələr evə verilmiş video dərsi öyrəndikdən sonra işlədikləri layihəni və  yaranan suallarını virtual qrupda yerləşdiriblər. Hər bir tələbənin qrup yoldaşları sualların cavablarını tapdıqca ona mövzunu anlamaqda kömək edə biliblər. Əks təqdirdə, mən sualı virtual qrupda cavablandırmışam. Bu yolla mövzunun mənimsənilməsi evə verilmiş tapşırığın icrasına kifayət edib. Beləliklə, tələbələr virtual qrupda müzakirə və rəqabət şəraitində evdə yerinə yetirdikləri praktik işlərini paylaşıblar. Bir qayda olaraq, qrupda olan tələbələrin hər biri cəhd edib ki, virtual qrupda onun da işi əks olunsun və ən yaxşısı kimi qiymətləndirilsin. Mühazirələrə başlamazdan əvvəl keçmiş dərslərdən suallar verməklə, tələbələrin cavablarını qiymətləndirmişəm və qeydiyyat kitabçasına yazmışam. Məşğələ dərslərində virtual qrupda cavablandırılması çətin olan suallar müzakirə olunub və mənim tərəfimdən izah edilib. Tələbələrin evdə dəftərlərdə apardıqları qeydlər müzakirə prosesində aydınlaşdırılıb və mübahisəli, qeyri-korrekt hissələrə sinif otağında mən tərəfindən düzəlişlər edilib. Yeni və keçilmiş mövzuları əhatə edən praktik işlər sinif otağında icra olunub və müəllimin fərdi jurnalında qiymətləndirilib.

 

  1. Tədris ili ərzində davranış qaydaları, nitq mədəniyyəti, vətənpərvərlik, elmin əhəmiyyəti, müasir Azərbaycan gəncliyi haqqında söhbətlər aparmışam, təkliflər vermişəm.
  2. Tədris ili müddətində hər bir qrup üçün kollokvium keçirilməsində iştirak etmişəm və nəticələri kafedrada saxlanılan qeydiyyat kitabçasına yazmışam.

 

  III. Metodik  fəaliyyət  haqqında.

  1. “Komputer qrafikası”  fənni üzrə  mühazirələr toplusu elektron formasını təkmilləşdirib tərtib etmişəm;
  2. “Komputer qrafikası “ fənni üzrə tövsiyyələr toplusunu işləmişəm və E.Rzazadə ilə birgə elektron formada yekunlaşdırmışıq;

                                                                                                       / İmamquluyev R.A/

I SEMESTR  üzrə

Qrup

Fənnin adı

Aralıq imtahanların nəticəsi(%)

Yekun (%)

I

II

III

1.

20D

İnformatika və kompüter qrafikası

84%

90%

88%

87%

2.

21D

İnformatika və kompüter qrafikası

84%

90%

88%

87%

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

II SEMESTR üzrə

Qrup

Fənnin adı

Aralıq imtahanların nəticəsi(%)

Yekun (%)

I

II

III

1.

742

Kompüter qrafikası

90%

95%

 

 

2.

 

 

 

 

 

 

3.

 

 

 

 

 

 

4.

 

 

 

 

 

 

 

 / İmamquliyev R.A/