OYU - loader

Odlar Yurdu Universitetində Müstəqillik Günü qeyd edilib

Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Dövlət müstəqilliyinin 27 illiyinə həsr olunmuş “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” mövzusunda tədbir keçirildi. Tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir akt zalında davam etdi. Tədbirdə vurğulandı ki,  Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətində misilsiz xidmətləri olmuşdur. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı yaradıb. Ümummilli Liderin siyasi yolu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı və yürütdüyü müdrik siyasət nəticəsində ölkəmiz üzləşdiyi təhlükələrdən xilas olub, dövlətlə xalqın birliyi təmin edilib.

Çıxış edənlər müstəqilliyimizin tarixindən söhbət açaraq, bu yolda Əbədiyaşar Liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdilər.

Tədbir tələbələrin iştirakı ilə ədəbi-bədii hissə ilə başa çatdı.