Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir dövrdə Heydər Əliyev dövlətçilik modeli: reallıqlar və faktlar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
OYU - loader

Keçirilmə tarixi: 08 may 2018-ci il, saat 10:00

Məqalələr və tezislər  aşağıdakı istiqamətlər  üzrə qəbul olunur:

  • Humanitar və pedoqoji elmlər
  • İqtisadiyyat və idarəetmə
  • Riyaziyyat, İnformatika və Texniki fənlər
  • Təbiət elmləri

Konfrans materiallarının  tərtibinə aşağıdakı tələblər qoyulur:

  • Tezisin adı,müəllifin adı və soyadı,elmi dərəcəsi (varsa), oxuduğu və ya işlədiyi yer göstərməli , əlaqə telefonu mütləq qeyd olunmalıdır.
  • Tezislər A4 formatlı formatlı kağızda 2 səhifədən çox olmamaqla ,11 ölçüdə, 1 intervalla, Times New Roman ilə yazılmaqla 1 nüsxədə çap edilməli, elektron daşıyıcı ilə telefon və e-mail göstərilməlidir.
  • Tezislər azərbaycan, rus, ingilis dillərində yazıla bilər.
  • Bir müəllifdən 2-dən artıq tezis qəbul edilmir.
  • Təqdimatdan sonra materiallar çap olunacaqdır.
  • Tezislər 2018-ci il may ayının 4-dən gec olmayaraq Təşkilat komitəsinə (Bakı şəhəri,Odlar Yurdu Universiteti, conference@oyu.edu.az ünvanına)təqdim olunmalıdır.

Ətraflı məlumat üçün əlaqə telefonu: (012) 465-82-62, Odlar Yurdu Universitetinin doktorantura şöbəsi