OYU - loader

İstanbul Kültür Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində

İstanbul Kültür Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Seçkin Taygun Altınbaş və onun rəhbərlik etdiyi nümayəndə heyəti Odlar Yurdu Universitetində qonaq olub. Qonaqları qəbul edən Odlar Yurdu Universitetinin prorektoru Dos. Dr. Ceyhun Osmanlı onlara universitet barədə ətraflı məlumat verib və  iki universitet arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsi, təhsil sahəsində əməkdaşlıq və mübadilə məsələləri müzakirə olunub.