OYU - loader

“Ekomən” adlı layihə icra olundu

Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə “Ekomən” adlı layihənin icrası baş tutdu. Layihədə məktəblilərin və tələbələrin iştirakı təmin edildi.

Tədbirdə qeyd edildi ki, layihə ekoloji problemlərə həsr edilmiş maarifləndirici layihədir. Layihənin əsas məqsədi ətraf mühitin mühafizəsi, onun qoruması naminə işlərin aparılması,         gənclərin ekoloji mədəniyyətinin artırılması,ekoloji problemlərin həlli yollarını araşdırmaqdır.

Layihə rəhbəri Nigar Axundova vurğuladı ki, “Ekomən” layihəsi olaraq ekoloji problemləri rəsmlərlə nümayiş etdirmək daha gözəl olar və  gənclərin gözü ilə bu problemləri görə və həlli yollarını düşünə bilərik. Bütün bəşəriyyəti narahat edən ekoloji problemlərə Azərbaycanda da böyük diqqət verilir və onların həlli üçün hərtərəfli tədbirlər görülür. “Ekomən” layihəsi də bir növ ekoloji problərin həllinə yönəlmiş layihədir.

Layihə çərçivəsində ekologiyayla bağlı rəsmlər nümayiş olundu və ekspertlər tərəfindən sərgiyə baxış keçirildi. Sərgidə müxtəlif universitetlərin tələbələri, həmçinin Nərimanov rayonu ərazisində yerləşən məktəblərdən də məktəblilər iştirak etdilər. “Ekomən” layihəsinin tərəfdaş qurumu Nərimanov Rayon Gənclər və İdman idarəsidir.

Sonda “Ekomən” layihəsində iştirak edən tələbələr və məktəblilər sertifikatlarla təmin olundular.