OYU - loader

“İş yeri axtarma, iş yeri yarat” adlı görüş keçirilmişdir

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə Odlar Yurdu Universitetində tələbələr üçün “İş yeri axtarma, iş yeri yarat” adlı görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd gənclərin kiçik biznes quruculuğuna təşviq edilməsinə, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılmasına, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına kömək etmək olmuşdur.

Görüşdə  Azərbaycan Sahibkarlar Konfederasiyasının Aparıcı mütəxəssisi Nurlana Həsənova,  “AG Group” MMC-nin direktoru Mehparə Məmmədova, “Karvan - L” MMC-nin İcraçı direktoru Rəna Qafarova geniş təqdimatla çıxış ediblər.

Tələbələrə uğurlu karyera qurmağın sirlərini açıqlayan natiqlər, onlarla sahibkarlıq düşüncə tərzinin təşviqi və sahibkarlıq ruhunun formalaşdırılması istiqamətində öz təcrübələrini bölüşüblər. Tədbirdə həmçinin dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər, gənclərin sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi istiqamətində görülən işlər, habelə gənclər üçün həyata keçirilən biznes layihələrin vacibliyi qeyd olunub.