OYU - loader

Odlar Yurdu Universitetində tədris-metodiki iclas keçirilib

Odlar Yurdu Universitetində tədris-metodiki iclas keçirilib. İclası açıq elan edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev qarşıda duran məsələləri iclas iştirakçılarının nəzərinə çatdırmışdır.

Daha sonra Əhməd Vəliyev kollektiv qarşısında duran vəzifələr haqqında iclas iştirakçılarına geniş məlumat verib, ayrı-ayrı fakültələrin müvəfəqiyyət göstəricilərini və digər statistik məlumatları diqqətə çatdırdə.

İclasda tədris keyfiyyətinin yüksəldilməsi məqsədilə kafedralarda fəaliyyət göstərən fənn birləşmələrinin hesabatı dinlənildi, aralıq imtahanlarında qiymətləndirmə metodununun daha da təkmilləşdirilməsi. elektron təhsil sisteminin tətbiqinin  vəziyyəti və bununla bağlı qarşıda duran vəzifələr, qış mövsümünə hazırlığın vəziyyəti kimi gündəlikdə duran məsələlər müzakirə edildi. Əhməd Vəliyev gündəlikdəki məsələlərə münasibət bildirməklə yanaşı, gənc müəllimlərin  və savadlı tələbələrin elmə həvəsləndirilməsinin vacibliyindən də danışdı.

Daha sonra Odlar Yurdu Universitetində yeni işə qəbul olunan gənc müəllim Babək Feyzullayevin “Azərbaycan iqtisadiyyatında turizmin rolu və turizm bazarı potensialı” mövzusunda təqdimatı keçirildi.

Sonda rektor qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün iclas iştirakçılarına  öz tapşırıq və tövsiyyələrini verib.