OYU - loader

DOST Agentliyinin əməkdaşları ilə görüş keçirilib

Odlar Yurdu Universitetində DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev və həmin şöbənin məsləhətçisi Solmaz Həsənova tələbələrlə görüş keçirib. Təhsildə sosial-psixoloji xidmət, sosial iş və psixologiya ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə  keçirilən görüşdə DOST agentliyi barədə ətraflı məlumat verilib. Ruslan Mirzəliyev tələbələri könüllü əməkdaşlığa dəvət edib, DOST agentliyindən faydalana biləcəklərini qeyd edib.

Həmçinin vurğulanıb ki, mərkəzlərdə sistemləşdirilmiş formada “bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində xidmətlər təqdim olunur. Həmin xidmətlərin siyahısında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlər əhatə olunur.

Görüş diskussiya şəklində davam edib.

Sonda Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev qonaqları qəbul edib və iki qurum arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişaf edəcəyindən əminliyini ifadə edib. Görüşdə Odlar Yurdu Universiteti ilə DOST Agentliyi arasında mövcud əməkdaşlıq perspektivləri və gələcək planlar müzakirə olunub.