OYU - loader

NCUK nümayəndəsi Odlar Yurdu Universitetində qonaq olmuşdur

NCUK-dən Cənab Decount British School in Baku’da (BSB) qonaq olmuşdur. Cənab Decount  15 sentyabr yeni tədris ilinin, həmçinin Foundation proqramının başlaması  ilə əlaqədar məktəbin hazırlığı, isçilərin təlimi, gələcək fəaliyyətləri və s. ilə bağlı məktəbə səfər etmişdir. Qonaq bildirmişdir ki, tədris sahəsindəki innovasiyalar BSB üçün çox uğurlu addımdır. Decount  Foundation proqramını bitirən şagirdlərin növbəti  tədris ilində UK universitetlərində təhsil almalarına zəmanət verdiyini vurğulamışdır.

Eyni zamanda cənab Decount Odlar Yurdu Universitetinin rektyoru prof. Əhməd Vəliyevlə görüşmüş və BSB-də fəaliyyətə başlayan Foundation proqramı ilə bağlı məsələləri müzakirə etmişdir. Belə bir fəaliyyətin BSB-də başlamasının gənclərin sabahı üçün faydalı olacağını qeyd qedən Decount bildirdi ki, şagirdlərin gələcəkdə Britaniyanın aparıcı universitetlərində birbaşa təhsil almaları təmin olunacaqdır.