OYU - loader

2019/2020-ci tədris ilində Odlar Yurdu Universitetində bütün ixtisaslar üzrə ikinci ali təhsil almaq üçün qəbul elan olunur

Odlar Yurdu Universitetində bütün ixtisaslar üzrə ikinci ali təhsil almaq imkanı mövcuddur. Qəbul olmaq istəyənlər tələb olunan sənədləri universitetə təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda ali təhsilin seçdiyi ixtisasa uyğunluğundan asılı olaraq təkrar ali təhsil almaq hüququ qazanırlar. Təhsil Azərbaycan dilində həyata keçirilir və ödənişli əsaslarla təşkil olunacaq.

Qeyd edəki ki, hər bir ali təhsilli vətəndaş ikinci ali ixtisas təhsili ala bilər. Əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər.

İkinci ali təhsil müvafiq ixtisas üzrə bakalavr (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əvvəl aldığı ixtisasın baza proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad olunur.

Odlar Yurdu Universitetində təkrar ali təhsil və orta ixtisas təhsili həmin təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə aparılacaq.

Ünvan: Bakı şəhəri, K.Rəhimov kü. 13, telefon: (+99412) 465-82-00, (+99412) 465-68-89 (daxili nömrə 11)