OYU - loader

“Tədrisin təşkilində yeni yanaşmalar və perspektiv layihələr” adlı Beynəlxalq təlim keçirilmişdir

Odlar Yurdu Universitetində 20-21 aprel tarixlərində “Tədrisin təşkilində yeni yanaşmalar və perspektiv layihələr” adlı Beynəlxalq təlim keçirilmişdir. Konfransı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev bildirmişdir ki, təhsil müəssisələrinin yerinə yetirməli olduğu əsas funksiya yeni biliklərin yaradılması və sosial-iqtisadi həyatın bütün sahələrində tətbiq edilməsidir. Elmi-texniki kəşflərin sürətli artımı və texnika xidmətləri sahəsində geniş istifadəsi elmi biliklərin rolunun radikal surətdə dəyişməsinin göstəricisidir. Yeni biliklərin və yeni tətbiq metodlarının axtarışı (“ixtiralar və innovasiyalar”) müasir cəmiyyətdə fəaliyyətin mühüm bir sahəsinə çevrilmişdir. Külli miqdarda investisiyaların edildiyi bu sahədə çalışan insanların sayı az deyildir. Yüksək təhsilli insanlar yeniliklərin tətbiq edilməsinə, əldə etdikləri nəticələrini həmkarları ilə paylaşmağa və təcrübələrini gənclərlə bölüşməyə daha meyllidirlər. Beləliklə, təhsilin sayəsində nəinki elmi biliklər və sosial qaydalar toplanaraq gənc nəsillərə ötürülür, həm də bütün cəmiyyətin və dövlətin intellektual potensialı formalaşır.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Sona Əliyeva Müasir dövrdə idarəetmə - prinsip, funksiya, metod və üslubların bilavasitə həyata keçirilməsidir. Ümumtəhsil məktəbinin qarşısındakı məqsəd planlaşdırma, təşkiletmə, icraetmə və nəzarət proseslərinin düzgün idarəolunmasından asılıdır. Bu o deməkdir ki, idarəetmədə əsas vəzifə qarşıya qoyulmuş son məqsədə nail olmaq üçün perspektiv planlaşdırma, düzgün təşkilatçılıq, iş prosesinin motivləşdirilməsi və ona diqqətli nəzarətdir. İdarəetmədə əsas meyar nəticənin əldə olunmasıdır ki, bu da düzgün qərarvermədən asılıdır. Səmərəli fəaliyyət səmərəli nəticə deməkdir. Düzgün qərarvermə isə bir sıra meyarları özündə birləşdirir.

Daha sonra çıxış edənlər vurğuladılar k, müasir dövrdə idarəetmə-prinsip, funksiya, metod və üslubların bilavasitə həyata keçirilməsidir. Ümumtəhsil məktəbinin qarşısındakı məqsəd planlaşdırma, təşkiletmə, icraetmə və nəzarət proseslərinin düzgün idarəolunmasından asılıdır. Bu o deməkdir ki, idarəetmədə əsas vəzifə qarşıya qoyulmuş son məqsədə nail olmaq üçün perspektiv planlaşdırma, düzgün təşkilatçılıq, iş prosesinin motivləşdirilməsi və ona diqqətli nəzarətdir. İdarəetmədə əsas meyar nəticənin əldə olunmasıdır ki, bu da düzgün qərarvermədən asılıdır. Səmərəli fəaliyyət səmərəli nəticə deməkdir.

Sonda təlim kursunu uğurla başa vuranlara Sertifikat təqdim edildi.