OYU - loader

“Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mövzusunda məlumat günü keçirildi

Odlar Yurdu Universitetinin əməkdaşları üçün ERASMUS+ EQAC layihəsi çərçivəsində “Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mövzusunda məlumat günü keçirildi. Tədbirin həyata keçirilməsində məqsəd layihənin iş planına uyğun olaraq, universitetin əməkdaşlarını EQAC layihəsi və yaradılacaq Keyfiyyət Təminatı Mərkəzinin fəaliyyəti haqqında məlumatlandırmaq, layihə çərçivəsində həyata keçirilmiş İsveç, Vilnüs və London səfərlərindən öyrənilən təcrübələri bölüşmək, eləcə də atılacaq növbəti addımlar: sorğular, monitorinq və müvafiq tədbirləri müzakirə etmək, Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş Qrant proqramlarında iştiraklarının lazımı səviyyədə olmaması, bu sahədə olan problemlər və bunların həlli yolları müzakirə olunmuşdur. Qeyd olundu ki, təlimlərin məqsədi Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.