OYU - loader

Pakistanlı psixoloq tələbələrə təlim keçib

Pakistandan dəvət olunmuş tanınmış psixoloq Cəfər Çağatay Odlar Yurdu Universitetində tələbə və müəllimlər üçün təlim keçib. Təlimə 200-dən artıq iştirakçı qatılıb. Təlim zamanı psixoloji problemlərin qarşısının alınması, psixoloji yardımların göstərilməsi və bu kimi mövzular müzakirə edilib.

O, psixologiya və yaradıcılığın qarşılıqlı xüsusiyyətlərini bir-biri ilə əlaqələndirib.

Təlim zamanı iştirakçılar öz fikirlərini də bildiriblər. Onlar yaradıcılıq terapiyasının bir neçə növləri, o cümlədən musiqi, rəqs, dram və s. yaradıcılıq terapiyası ilə tanış olublar və bu istiqamətdə müzakirələr aparıblar.

Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev belə təlimlərin keçirilməsinin böyük əhəmiyyətindən danışaraq, yeniyetmə və gənclərin inkişafı, onların yaşına uyğun olaraq vəzifələri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasında psixoloq məsləhətinə böyük ehtiyac duyduğunu vurğulayıb.