OYU - loader

“BSB” Tam Orta İnnovasiyalar Məktəbində Novruz şənliyi keçirilmişdir

Odlar Yurdu Universitetinin təsisçiliyi ilə fəaliyyət göstərən, ölkədə məzunlara Azərbaycanın milli Attestatı ilə yanaşı, beynəlxalq İGCSE və A Level diplomları da verən yeganə məktəb olan “BSB” Tam Orta İnnovasiyalar Məktəbində Novruz şənliyi keçirilmişdir.

Məktəbin bayramsayağı bəzədilmiş həyətində instrumental ansamblın, rəqs qrupunun çıxışları, özfəaliyyət qrupunun Novruz ayinlərini, rəqslərini ifa etməyi, bayrama həsr edilmiş şeirlər söyləməkləri maraqla qarşılanmışdır.

Novruzun məzəli personajları Kosa və Keçəlin meydanda görünməsi isə məktəblilərin bayram sevincini daha da artırmışdır.

Tədbir bütün iştirakçıların əl-ələ verərək yallı getməsi ilə başa çatmışdır.